Metropolitendə mikroiqlim şəraiti yaxşılaşdırılır

Xəbər - Samir Əli – Trend:

Metropolitendə mikroiqlim şəraitinin müasir tələblərin
səviyyəsinə qaldırılması baxımından əhəmiyyətli tədbirlər davam
etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu Bakı metropoliteninin
Elektromexaniki xidmətinin rəisi Nüsrət İbrahimov deyib o bildirib
ki, son 5 il ərzində həyata keçirilən silsilə tədbirlər müsbət
nəticələr verməkdədir. Bunu əldə olunmuş ölçmələrin və aparılan
müşahidələrin nəticələri də əyani təsdiq edir.

“Həyata keçirilən tədbirlərin müsbət nəticələri texnoloji
yeniliklər və yeni idarəetmə prinsipləri sayəsində əldə olunub.

İlk növbədə, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin
dəyişdirilməsi qeyd olunmalıdır. Yeni qrafiklə əvvəlki stereotiplər
ləğv olunub. İş qrafiki il ərzində iki dəfə deyil, hər fəslin
tələbinə uyğun qurulur. Lakin fəsillər daxilində belə
ventilyatorların iş qrafikinin monitorinqləri davam etdirilir və
mümkün dəyişikliklər diqqətdə saxlanılır.

İkinci vacib məsələ yeni güclü ventilyatorların tətbiqidir.
2019-cu ildə 7 və 2020-2021-ci illərdə, pandemiyanın çətinliklərinə
baxmayaraq, daha 10 ventilyatorun quraşdırılması bu mənada xüsusi
təkanverici qüvvə olub. Yeni havalandırma avadanlığı müasir və
gələcək dövrün tələblərinə uyğun olaraq, 2-3 dəfə güclüdür. Onların
iş prinsipləri, ilk növbədə, yanğın təhlükəsizliyinin ən optimal
tələblərinə cavab verir. Mərkəzdən idarəetmə prinsiplərinin tətbiqi
isə səmərə və əmək məhsuldarlığına əsaslı şəkildə yeni baxış
gətirib.
Üçüncü vacib yenilik dempferlərin quraşdırılmasıdır. Tunel və
stansiyaların məcburi və təbii havalandırılmasının effektivliyini
artırmaq və maksimum səmərəyə nail olmaq üçün son iki il ərzində
ventilyatorlarla yanaşı, dempferlərin tətbiq edildiyi stansiya və
tunellərdə hava axınına nəzarətin, səmərəsinin artırılmasına və
optimallaşdırılmasına başlanılıb. Bu xüsusda aparıcı dünya
şirkətlərinin məhsullarının texniki detalları öyrənilib. Nəticədə,
Avstriyanın SIROCCO şirkətinin avtomatik idarəetmə sistemləri ilə
proqramlaşdırılan 9 dempfer quraşdırılıb. Müqayisə üçün qeyd edək
ki, yeni – Bənövşəyi xətdə havalandırma imkanlarının maksimal
tələblər səviyyəsində qurulmasında quraşdırlmış 93 dempferin də
xüsusi rolu var”,- deyə N.Abdullayev bildirib.


Xidmət rəisi deyib ki, qeyd edilən yeniliklər nəticəsində
dəyişikliklər aparılan mənzillərdə mikroiqlim şəraitinin bir qədər
də yaxşılaşdırılmasına nail olunub:

“Ümumən, 2019-cu ilin yay ayları ilə müqayisəli təhlillərə
əsasən, 2021-ci ilin analoji dövründə metropolitenin stansiya,
tunel və qatarlarında 1-20C, yeniliklərin tətbiq edildiyi sahələrdə
isə 3-40C-yə qədər dəyişikliklər hiss olunmaqdadır. Statistik
göstəricilərə əsasən, 2021-ci ilin yayında qeydə alınan ən yüksək
hərarət “Neftçilər” stansiyasında 280C olubsa, 2019-cu ildə eyni
məkanda bu rəqəm 30,50C, 2018-ci ildə 32,20C təşkil edib. “Qara
Qarayev” stansiyasında isə 2019-cu ildə ən yüksək hərarət 30,60C,
2018-ci ildə 32,30C qeydə alınıb. Həmin dövrdə iyul ayı üzrə orta
statistik hərarət 290C-dən yuxarı qeydə alınmışdısa, yeni
ventilyatorlar və dempferlər tətbiq edildikdən sonra orta
temperatur göstəricisi 260C təşkil edib.

Bu nəticələri, ay ərzində iki dəfə metropoliten infrastrukturunu
yoxlayan çoxfunksiyalı diaqnostika kompleksi də əyani təsdiq edir.
Qeyd edək ki, meropolitendə müvafiq ölçmələr mikroiqlim
laboratoriyası tərəfindən müntəzəm olaraq aparılır. Havanın
hərarəti ilə yanaşı, rütubət, tozluluq, oksigenin miqdarı və s.
parametrlər üzrə müntəzəm yoxlamalar təmin edilir, müqayisəli
təhlillər aparılır və nəticələr çıxarılır.

Araşdırmalar 2022-2023-cü illər ərzində davamlı aparılaraq,
optimallaşdırma istiqamətində tədbirlər diqqət mərkəzində
saxlanılacaq”.

Teqlər: