Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?

Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?

Bakı metropoliteninin istismarında olan müasir qatarların bir çoxunda kondisionerlər işləmir.

AzerTimes əməkdaşının müşahidələrinə görə, yeni qatarların bəzi vaqonlarında kondisionerlər söndürülüb.

Bütün dünyada anomal istilərin yaşandığı bir vaxtda Bakı metrosunda havalandırma sisteminin zəif, üstəlik, yeni vaqonlarda kondisionerlərin çalışmaması sərnişinlərin də haqlı narazılığına səbəb olub.

Bakı metropolitenindən saytımıza verilən açıqlamada faktın araşdırılacağı bildirilib.

Teqlər: