“Metropark”ın yanında qanunsuz tikilinin qarşısı alındı

“Metropark”ın yanında qanunsuz tikilinin qarşısı alındı

Bakıda məşhur ticarət mərkəzinin yaxınlığında qanunsuz tikilinin qarşısı alınıb.

Bu barədə AzerTimes-a Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılmışdı: “İcra Hakimiyyəti məsələyə operativ şəkildə reaksiya verib, rayonun kommunal xidmətləri həmin əlavə tikintini söküb. Hazırda ərazi təmizlənir, tikinti materialları daşınır”.

Teqlər: