Metronun “Xocasən” stansiyasının tikintisi tamamlanmaq üzrədir – Metropoliten rəsmisi

Bakı Metropoliteninin “Xocasən” stansiyasında inşaat işləri tamamlanmaq üzrədir. Artıq üzləmə işlərində də sonuncu mərhələdəyik.

Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ən vacib məsələ stansiyadan tunelə qədər yerüstü yol infrastrukturunun qurulmasında da fəal işlər davam edir.

Hər hansısa əlahiddə problem olmasa, Xocasən yerüstü stansiyası gələn ilin sonuna qədər təhvil veriləcək.


“Stansiya Lökbatan və Sədərək Ticarət Mərkəzi istiqamətindən hərəkət edəcək insanların nəqliyyat problemlərinin aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq.

Digər tərəfdən Xocasən stansiyası Bakmildən çox fərqlənəcək. Bakmil xəttin ortasında yerləşdiyindən bu istiqamətdə qatarların çıxıb, daxil olması mürəkkəb texnoloji hala çevrilib. Bəzən bu, intervala da təsir göstərdiyindən sərnişinlərin də narazılığına səbəb olur. Amma Xocasənlə bağlı belə bir problem olmayacaq. Çünki xəttin başlanğıcında olduğundan qatarların sərnişin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsi üçün şərait olacaq. Həmçinin 8 Noyabr stansiyasının arxasında dönmə kamerası olduğundan intervalın tənzimlənməsi çox rahat olacaq”.

Teqlər: