Metronun iş rejimi “Qarabağ” – “Marsel” oyununa görə görə uzadılacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində
Fransanın “Marsel” klubu ilə qarşılaşmanın axşam saatlarda
başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş
rejimində dəyişiklik edilməsi ilə bağlı müraciət ünvanlayıb.

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, müraciətə
müsbət cavab verilib. Yaxın saatlarda ətraflı məlumat
veriləcək.

Məlumatı Trend-ə Bakı
metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
təsdiqləyib.

O bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunda
qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə
metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib. Müəyyən
metro stansiyalarının girişi 25-nə keçən gecə saat 01:00-a qədər
sərnişinlərə açıq olacaq. Gün ərzində bu barədə ətraflı açıqlama
veriləcək.


Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də
başlayacaq.

Twitter:@FaridZohrabov

Teqlər: