Metronun “Dərnəgül” stansiyasında qatarda nasazlıq yaranıb

“Dərnəgül” stansiyasında qatarda texniki nasazlıq yaranıb.

Trend xəbər verir ki, köməkçi qatar verilib və qatar ehtiyat
yola keçirilir.

Digər marşrutlar üzrə qatarlar “Memar Əcəmi” və “Azadlıq
prospekti” stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini
davam etdirirlər.

Teqlər: