Metronun “28 May” stansiyasında qatarlar niyə dayanıb? – AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbləri bəlli olub.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, “28 May” stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik dayandırılıb və bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub”.


Teqlər: