Bakıda metrodan istifadə edən sərnişinlərin sayı kəskin artıb.
Bu barədə AzerTimes Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,5 dəfə artaraq 128,4 milyon nəfər olub.
Ümumilikdə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.