Yeni nəsil qatarlar alınacaq

Yeni nəsil qatarlar alınacaq

Bu gün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan “Transmaşholdinq” QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, görüşdə əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.

Müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalı idarəetmə sistemləri tətbiq edilib. Həmçinin, əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.

yeni-qatar