Metroda videosu çəkilib qazi adı ilə paylaşıldı, özü etiraz etsə də, video silinmir – Sosial şəbəkələrdəki növbəti məsuliyyətsizlik

Xəbər - Humay Ağacanova – Trend:

Bir neçə gün öncə Əsa teatrının aktyoru İmran Lalayevin metroda gedərkən icazəsiz çəkilən videosu “TikTok” sosial şəbəkəsində yayılıb. Videonu çəkən şəxs onu qazi olaraq tanıdıb. İ.Lalayev qazi olmadığını və videonun silinməsini tələb etsə də həmin şəxs bunlara məhəl qoymur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən İmran Lalayev sözügedən videonu paylaşılmasından iki gün keçdiyini və nə qədər insanın videonun silinməsilə ilə bağlı rəy bildirməsinə baxmayaraq videonu çəkən şəxsin silmədiyini bildirib.

“Bilərək bunu edib reytinq yığmağa davam edir. Bu kimi problemlərlə çox rastlaşmışam. Mənim həyat tərzim belədir. Bu formada gəzmirəm ki, kimdənsə güzəşt tələb edim. Lakin təəssüflər olsun ki, insanlar bunu yalnış anlayır. Mən kompleks etmirəmsə, normal qarşılayıramsa, cəmiyyətdə bunu normal qarşılamalıdır. Müharibdən sonra hər yerdə soruşurdular ki, qazisiniz? Bugünə qədər qazi adından istifadə etməyə vicdanım yol verməyib. Lakin bu videonu paylaşan şəxs məni qazi olaraq paylaşaraq üzərimdən reytinq yığmağa çalışır”, –deyə o qeyd edib.

Hüquqşünas Elşad İsayev isə Trend-ə açıqlaması zamanı qeyd edib ki, şəxsin iradəsinin əleyhinə onun barəsində video foto çəkilişi aparıla bilməz.

“Əgər şəxs özünü qarabağ qazisi müharibə veteranı və yaxud başqa adla vəzifəli şəxs kimi təqdim etmirsə, kənar bir şəxsin onu çəkməsi paylaşması və onun adından qazi kimi istiafə etməsi qanun pzountusudur. Onun cinayət nəsuliyyətinə vəya inzibati xətaya səbəb olması araşdırma mövzusudur. Lakin istənilən halda şəxsin hüquq və azadlığının pozulması və şəxsi həyata müdaxilə kimi qiymətləndirilməlidir. Bu hadisə ilə bağlı videosu çəkilən şəxsin hər hansı bir quruma müraciət etməsi zəruri deyil. Kütləvi informasiya vasitələrində sosial şəbəkədə bununla bağlı məlumat varsa bu artıq ictimai qaydada həyata keçirilən cinayət təqibidir və səlahiyyətli orqan bununla bağlı cinayət işi başlamalıdır. Bu artıq ictimailəşmiş əməldir ”,-deyə o bildirib.

Teqlər: