Metroda sərnişin sıxlığının qarşısı necə alınacaq? – Açıqlama

Metroda sərnişin sıxlığının qarşısı necə alınacaq? – Açıqlama

Bizim platforma səviyyəsində eskalatorların həm aşağı, həm də yuxarı hissəsində, ödəniş məntəqəsində və stansiyaların giriş sahəsində mütləq qaydada monitorinqlər aparılır. Ola bilər ki, sərnişinlərin stansiyaya iki qapıdan buraxılması nəzərdə tutulsun.

Bu sözləri AzerTimes-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“Ən sıx stansiyamız ənənə üzrə 2019-cu ilə qədər “28 May” stansiyası idi. Amma bu gün “Koroğlu” stansiyası daha çox sərnişin qəbul edir. Vaqondan düşən sərnişinlərə yol verilməsini maksimum dərəcədə təbliğ etməklə bağlı işlərə başlamışıq. Ən vacib problemlərimizdən biri də sərnişinlər tərəfindən vaqonların qapılarının saxlanılmasının artıq ənənəyə çevrilməsidir. 2019-cu ilə qədər biz bunu müəyyən mexanizmlər tətbiq edərək tənzimləmişdik.

Sərnişinlərimizdən də xahiş olunur ki, istər yerüstü, istərsə də platforma səviyyəsində nizam intizam qaydalarına riayət etsinlər”.

Teqlər: