Metroda qatarda problem yaranıb

Bakıda metro stansiyasında qatarda problem yaranıb.

Bakı metropolitenindən AzerTimes-a verilən məlumata görə, “Həzi
Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Gənclik”
stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu
hiss olunub.

“Maşinist qatara baxış keçirib. Hər hansısa problem
aşkarlanmayıb. Bununla belə sərnişinlərin hər hansısa narahatlıq
keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi
qərara alınıb. “Nizami” stansiyasında qatara təkrar baxış
keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti
ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, “Nizami-Dərnəgül” və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss
olunub.

Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə
maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal
olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz
spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır”,
– məıumatda bildirilir.

Teqlər: