Bakıda metroda qatarda problem yaranıb.
Bu barədə AzerTimes-a Bakı metropoliteninin Mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hadisə metronun “28 may” stansiyasında baş
verib.
“Stansiyada qatarda nasazlıq yaranıb, sərnişinlər qatardan
düşürülüb və təlimata uyğun olaraq stansiyaya əlavə qatar
verilib.
Nasazlıq yaranan qatar “Həzi Aslanov” -” Dərnəgül xətti üzrə
hərəkət edib. Hadisə nəticəsində stansiyada qatarlar arasında 12
dəqiqə interval yaranıb. Hazırda problem həll edilib və qatarların
hərəkəti bərpa olunub”,-B. Məmmədov deyib.