Xəbər - Samir Əli – Trend:
Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur.
“Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdiriləcək” – deyə, nazirlik qeyd edir.