Bakı Metropoliteni QSC Tarif (Qiymət) Şurasına gediş haqqının artırılması ilə bağlı müraciət etməyib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
“Qiymət artımı ilə bağlı müraciət edilməsi gözlənilmir”, – o deyib.