Bakı Metropoliteni QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.
AzerTimes xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir”, – o qeyd edib.