Metronun “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən
qatarda “Koroğlu” stansiyasında nasazlıq yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, dərhal
köməkçi qatar təyin edilib.
“Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər
iki qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır.
Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma
var”, – B. Məmmədov deyib.