Metroda COVID pasportu tələb olunur? – Rəsmi AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

İctimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polis tərəfindən ictimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur:

“Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

İctimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.


Hərəkət iştirakçılarından, sərnişinlərdən, sürücülərdən bir daha xahiş edirik ki, koronovirusun daha da çox yayılmasına imkan verməmək üçün krantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”.

Teqlər: