Metro yaxınlığında iki qardaş bıçaqlandı

Metro yaxınlığında iki qardaş bıçaqlandı

Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: