Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində ölüm hadisəsi baş verib.
“Nizami” metrostansiyasının qarşısında təxminən 58-60 yaşlarında kişi qəflətən ürək tutmasından dünyasını dəyişib.
Mərhumun hadisə yerinə gələn ailə üzvlərinin verdiyi məlumata görə, ölən şəxsin adı İmanov Fəxrəddindir. Həyat yoldaşının sözlərinə görə əri xeyli müddət idi ki, ürək xəstəliyindən müalicə alırmış. Hadisə yerinə Bakı Metropoliteni Baş Polis İdarəsinin əməkdaşları, Yasamal Rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkkili və təcili tibbi yardım xidməti cəlb olunub.