Son günlər paytaxtda metronun gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.
Gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.
Məsələnin gerçəkliyinə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev münasibət bildirdi.
Nəsimi Paşayev bildirdi ki, bu məsələ hazırda müzakirə edilmir: “Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.
Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.