
Bu ilin yanvar-sentyabr aylarında Bakı Metropoliteni QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.
Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4%) istifadə edib.
“Bakı Metropoliteni” 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.

