Metrix.az saytı nəyə görə qeyri-dəqiq işləyir?

Metrix.az saytı nəyə görə qeyri-dəqiq işləyir?

Nəzərə alınmalı olan əsas məqamlardan biri Metrix.az-ın sıradan veb-sayt deyil, tətbiq olmasıdır. Burada datanın əldə olunması və emalı daha mürəkkəb proseslərdən keçir. Hazırda tətbiq beta versiya olaraq fəaliyyət göstərir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Medianın İnkişafı Agentliyinin Onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov deyib.

“Fəaliyyətdə olan fasilələr tətbiqin ümumi iş prinsipinin təkmilləşdirilməsi və optimallaşdırılması zamanı baş verir. Bu fasilələr zamanı ən əsas bilməli olduğumuz məqam isə həmin müddət ərzində datanın toplanılmasıdır. Data itmir.

Nəzərə alın ki, heç bir tətbiq bazar təcrübəsi olmadan təkmilləşə bilmir. İlkin versiya təqdim edilib, istifadəyə veriləndən sonra toplanılan məlumatlar əsasında daha işlək və effektiv versiyaya çıxış edilir”, – o qeyd edib.

Ekspert bildirib ki, çətinliklərin bir çoxu veb-saytların əksər hallarda yüksək peşəkar səviyyədə proqramlaşdırılmadığı üçün meydana gəlir:

“Hazırda Azərbaycanın media məkanında davamlı olaraq bir çox çətinliklərlə üzləşirik. Lakin əsas olan problemləri görmək deyil, onları zamanla həll etməkdir və biz də buna tədricən nail oluruq”.

Agentlikdən həmçinin bildirildi ki, Quql-analitiksdə də oxşar hallara tez-tez rast gəlinir.

Teqlər: