Mətni videoya çevirən süni intellekt texnologiyası yaradıldı

Mətni videoya çevirən süni intellekt texnologiyası yaradıldı

Mətni videoya çevirən süni intellekt texnologiyası yaradılıb.

AzerTimes xəbər verir ki, süni intellekt şirkəti “OpenAI” yeni yaratdığı “Sora” adlı texnologiyanı təqdim edib.

Yazılı mətni videoya çevirən süni intellekt texnologiyasının reallıq səviyyəsi bu sahədə video istehsal edən youtuberlərdə təəccüb doğurub. Son bir neçə ildə süni intellekt texnologiyası o həddə çatıb ki, sanki insan əli ilə, əmr əsasında fotoşəkillər, rəsmlər və şeirlər istehsal edə bilir. Şirkət istifadəçilərin bir dəqiqəyə qədər video hazırlaya biləcəklərini açıqlayıb. Bildirilib ki, hazırda “Sora” hər kəs üçün əlçatan texnologiya deyil. “OpenAI” ortaya çıxa biləcək təhlükələrin qarşısını almaq üçün “Sora”nın əvvəlcə təyin edilmiş mütəxəssislər tərəfindən sınaqdan keçiriləcəyini diqqətə çatdırıb.

Süni intellekt şirkəti “Sora”nın, ilk növbədə, kino və dizayn sahələrində məşğul olan insanlar üçün yaradıldığını qeyd edib.

“OpenAI “izah edib ki, “Sora” mürəkkəb səhnələrə cavab vermək iqtidarındadır. Bununla da istifadəçi tələb etdiyi obyektlərin real dünyada necə mövcud olduğunu anlaya bilir.

Teqlər: