Metin Gürak və Mark Milli Suriyanı müzakirə etdi

Metin Gürak və Mark Milli Suriyanı müzakirə etdi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla amerikalı həmkarı ordu generalı Mark Milli arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sözçüsü polkovnik Deyv Batler bildirib.

Onun sözlərinə görə, tərəflər NATO, Suriya və Şərqi Avropada təhlükəsizlik mühiti də daxil olmaqla, qarşılıqlı strateji maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

“Türkiyə NATO üzrə əsas müttəfiqdir və ABŞ onun strateji ikitərəfli münasibətlərini yüksək qiymətləndirir”, – Komitənin rəsmisi vurğulayıb.

Teqlər: