Xəbər - Çingiz Səfərli – Trend:
Mətbuat Şurasına yarandığı gündən bu günə qədər ayrı-ayrı vətəndaşlar və qurumlardan 17 min şikayət daxil olub.
AzerTimes xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, bunun böyük hissəsi reket jurnalistlərlə bağlı olub: “Onların məqsədi cəmiyyəti məlumatlandırmaq deyil. Reketləri müəyyən maraqları olan şəxslər maliyyələşdirir. Hətta əvvəllər məmurlar arasında da onları maliyyələşdirənlər olub”.