Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Şuradan AzerTimes-a verilən məlumata görə, vaksinasiya 31 may 2021-ci il tarixdə vaksinin birinci dozası tətbiq edilmiş jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcəkdir.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Teqlər: