Mətbuat günümüz mübarək olsun !

Mətbuat günümüz mübarək olsun !

Artıq 22 iyul gününə qədəm qoyuruq, bu da o deməkdir ki, 147 il öncə yaranmış Azərbaycan mətbuatının növbəti yaş dönümüdür.

İnformasiyanın kütləyə çatdırılmasını müasir sivilizasiyanın ən vacib işlərindən biridir.
Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. Lakin, yeni yüksək texnogiyalar artıq keçmiş dövrdə olan min-bir əziyyətlə çap edilən jurnal və qəzetlərin yerinə internet şəbəkəsi üsulu ilə veb-saytlarda dərc olunan xəbərlər və məqalərlə insanlara məlumat vermə imkanı yaradır.
Bu həm də təbiəti az da olsa, qorumaq deməkdir. Çap edilən qəzet, jurnal və s. KİV vasitələri ağac kəsimlərindən alınan məmuldan – kağızda yazılır. Yeni dövrdə innovasiyalarla uzlaşaraq biz də sizlərə internet vasitəsi ilə məlumatları çatdırmağa çalışırıq.

Mətbuat işçilərini, jurnalistləri və bütün media sahəsində çalışan, zəhmət çəkən həmkarlarımızı təbrik edir və fəaliyyətlərində onlara sarsılmaz qüvvət və ən əsası can sağlığı arzu edirəm.

hörmətlə,
    Əli Baxşızadə
AzerTimes Xəbər Bürosunun Baş Redaktoru