Metal toplamaq üçün icazəsiz Xocavəndə daxil olanlar həbs edilib

Xəbər - Samir Əli – Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mina və
partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq
icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə
qarşısında qoyan şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən
keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini
F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük
Tağlar kəndi ərazisində saxlanılıb. Avtomobilə baxış keçirilən
zaman daha 2 nəfər də aşkar edilib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov
və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir
borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə
göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün
müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə
edilib.

Teqlər: