“Meta”dan sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat

“Meta”dan sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat

Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez yoluna qoyduq.

AzerTimes xəbər verir ki, bu barədə “Meta” şirkətinin mətbuat katibi Endi Stoun X hesabında bildirib.

Qeyd edək ki, bu gün Qırmızı dənizdə 15 kabeldən 4-ü (Seacom, TGN, AAE-1, EIG) kəsilib ki, bu da kommunikasiya sistemlərində informasiya axınının 25 faizinə təsir edib. Nəticədə Feysbuk, İnstaqram kimi sosial şəbəkələrdə problemlər yaranıb.

Teqlər: