Məsud Pezeşkian vəzifəsinin icrasına başladı

Məsud Pezeşkian vəzifəsinin icrasına başladı

Bu gün İranın yeni Prezidenti Məsud Pezeşkianın vəzifəsinin icrasına başlaması ilə bağlı Əli Xameneinin iqamətgahının “Hüseyniyyə”sində (Məscid) mərasim keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hökumət rəsmilərinin iştirak etdiyi mərasimdə Əli Xamenei Məsud Pezeşkianın prezident mandatını ona təqdim edib.

Xameneidən sonra çıxış edən Məsud Pezeşkian bu gündən etibarən rəsmi olaraq vəzifəsinin icrasına başladığını söyləyib, qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni edəcəyinə söz verib:

“Konstitusiyanın tələb etdiyi, ali rəhbərin təyin etdiyi və bizə göstərdiyi aydın yoldur. Bu, isə İslam Respublikasının ümumi siyasətlərinin və proqramının doğru-düzgün irəli aparılmasını tələb edir”.

Qeyd edək ki, Məsud Pezeşkianın rəsmi andiçmə mərasimi iyulun 30-da ölkə rəsmiləri, xarici ölkələrin səfirləri və xarici diplomatların iştirakı ilə parlamentdə keçiriləcək.

Teqlər: