Messinin PSJ-ni tərk edəcəyi dəqiqləşdi

Messinin PSJ-ni tərk edəcəyi dəqiqləşdi

Fransanın PSJ komandasının üzvü Lionel Messi bu il Paris təmsilçisini tərk edəcək.

AzerTimes xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat verib.

O bildirib ki, Argentina millisinin kapitanı cari mövsümün sonunda müqaviləsini uzatmayacaq.

Qeyd edək ki, PSJ futbol klubu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb. Sözügedən qərar futbolçunun Liqa 1-də “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə əlaqədardır. Həmin matçda parislilər 1:3 hesabı ilə məğlub olublar.

Teqlər: