Meksikada KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, yerli “Monterrey” “İnter Mayami”ni qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. Qonaqların yeganə qolunu Lionel Messinin ötürməsindən Dieqo Qomez vurub.
Florida təmsilçisi matçı azlıqda başa vurub. Müdafiəçi Xordi Alba 4 dəqiqə ərzində 2 sarı vərəqə alaraq (75-ci, 79-cu) meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə də “Monterrey” qələbə qazanmışdı – 2:1.