Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi yenidən Səudiyyə Ərəbistanına səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Messi sosial şəbəkə hesabında paylaşım edib.
Messi ailəsi ilə birgə Əd-Diriyə şəhərini gəzib:
“Səudiyyə Ərəbistanının doğulduğu və 300 illik tarixə ev sahibliyi edən bölgəni ailəmlə birlikdə kəşf edərək gözəl gün keçirdim”.
Qeyd edək ki, Lionel Messi bir müddət öncə PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmışdı. Daha sonra üzr videosundan sonra komandaya geri qaytarılmışdı.
Onun Səudiyyə Ərəbistanı komandalarından biri ilə danışıqlar apardığı güman edilir.