Messi het-trik etdi, ən çox qol vuran oyunçu oldu

Messi het-trik etdi, ən çox qol vuran oyunçu oldu

Argentinalı ulduz futbolçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun tarixində ən çox qol vuran futbolçu olub.

AzerTimes xəbər verir ki, o, MLS-in XXXIV turunda “Nyu-İnqlend Revolyuşin”i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atmaqla, komandasının heyətində ümumilikdə 33-cü qolu vurub.

Bunadək “İnter Mayami”nin heyətində ən çox fərqlənən futbolçu 31 qolla Leonardo Kampana idi.

Qeyd edək ki, “İnter Mayami” klubu 2018-ci ildə təsis olunub.

Teqlər: