“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 10 qolla Liqa Kubokunun bombardiri olub.
AzerTimes xəbər verir ki, hücumçu “Neşvill”lə final matçında (1:1, 10:9-p.) oyunun 23-cü dəqiqəsində hesabı açaraq mövsümdə 10-cu qolunu vurub.
Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan 7 qol vurub.
Bu kubok hücumçunun karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi “İnter Mayami”də ilk kubokunu qazanıb. Bu, həmçinin, klubun ilk tituludur.