Düşünürəm ki, Messinin DÇ-2026-da iştirakı mümkündür. Çox şey onun istəyindən asılı olacaq.
AzerTimes xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak edib-etməyəcəyi ilə bağlı danışarkən deyib.
“Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir”, – Skaloni vurğulayıb.
Qeyd edək ki, daha öncə Lionel Messi DÇ-2022-nin onun üçün son mundial olduğunu bildirmişdi.