Fransanın “PSJ” klubunun hücumçusu Lionel Messi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra karyerasını bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Diario Sport xəbər verib.
L.Messi bildirib ki, o bu barədə fikirləşmir: “Başıma gələn hər şeydən sonra gündən-günə, ildən-ilə irəli addımlayıram. Dünya çempionatında və ondan sonra nə olacağını bilmirəm”.
Qeyd edək ki, Avqustun 10-da “PSJ” komandası Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir.