Fransanın “PSJ” klubunun və Argentina yığmasının hücümçusu Lionel Messi “Barselonaya” idman direktoru qismində qayətmaq istədiyini bildirib.
AzerTimes-ın məlumatına görə, Messi doğma keçmiş klubuna kömək etməyə şad olduğunu bildirib.
“Mən idman direkrotu olmaq istəyərdim. Bilmirəm, bu “Barselonada” baş verəcək ya yox. Anca belə bir imkan varsa, mən qayıtmaq istərdim və sevdiyim kluba köməklik etmək imkanı qazanardım”, – deyə o bildirib.
“PSJ” bu ilin avqustun 10-da Messi ilə anlaşma əldə olunduğunu bildirib. Müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub. Bu klubda oynadığı ilk ildə Messi 30 milyon avro qazanacaq. Növbəti iki ildə bu məbləğ daha 10 milyon artacaq.