ABŞ klubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi İspaniya təmsilçisi “Barselona”ya qayıda bilər.
AzerTimes xəbər verir ki, futbolçu 2026-cı ilin əvvəlində azad agent kimi Kataloniya klubu ilə qısamüddətli müqavilə bağlayaraq, yenidən komandanın üzvü ola bilər.
Məqsəd futbolçunun qarşıdan gələn dünya çempionatına yaxşı hazırlaşa bilməsidir.
Qeyd edək ki, L.Messi 2024-cü ildə klub səviyyəsində bütün turnirlərdə 24 oyunda iştirak edib, 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter Mayami” ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 25 milyon avro qiymətləndirir.