Messi Barselonadan ayrılmağı qərara alıb

Messi Barselonadan ayrılmağı qərara alıb

Çempionlar Liqasının dördə bir finalında Bayernə 2:8 hesabı ilə darmadağın edilən Barselonanın futbolçusu Lionel Messi komandadan ayrılmağa qərar verib.

Bu barədə jurnalist Marselo Bexler məlumat yayıb. Onun qeyd etdiyinə görə, argentinalı ulduz qərarını klub rəhbərliyinə açıqlayıb.

33 yaşlı hücumçu katalonlarda keçirdiyi 731 oyunda 634 qol vurub, 285 məhsuldar ötürmə edib. Messi 6 dəfə “Qızıl top”u qazanıb.