Messi Argentina millisinin ümumi qrupundan çıxdı

Messi Argentina millisinin ümumi qrupundan çıxdı

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatı ərəfəsində millinin futbolçularının ümumi qrupundan çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Məlumata görə, 35 yaşlı hücumçu millinin məşqi zamanı həmişəki kimi partnyorları ilə birlikdə yox, fərdi proqramla və topsuz çalışıb. Oktyabr ayında Messi zədə səbəbindən PSJ-nin bir neçə matçını da buraxmışdı.

Argentina millisinin həkimləri Messinin ümumi qrupdan çıxmasını zəruri ehtiyat tədbiri kimi izah edirlər.

Həkimlər bildirib ki, hücumçu millinin dünya çempionatında açılış oyununda iştirak edə bilər.

Teqlər: