Məşqçinin döydüyü idmançı azərbaycanlıdır? – Video

Məşqçinin döydüyü idmançı azərbaycanlıdır? – Video

Sosial şəbəkələrdə dağıstanlı məşqçinin öz tələbəsinə şiddət göstərməsi ilə bağlı videogörüntülər yayılıb.

AzerTimes xəbər verir ki, sözügedən videoda zərərçəkmiş tələbənin formasında olan “AZE” loqosu videonun Azərbaycanda çəkildiyi iddiasını ortaya atıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı bildirib ki, hadisə Azərbaycanda baş verməyib:

“Məşqçi və güləşçi ölkəmizin idmançısı, geyim isə yığma komandanın geyimi deyil. Formalar Güləş Federasiyası tərəfindən yox, hansısa özəl şirkətlər tərəfindən istehsal olunaraq satışa çıxarılır”.

Teqlər: