Xəbər - Elçin Mehdiyev – Trend:
Məşqçilərin idmançıları dopinqdən gizlətməsi halları yenə də olur. Bunu aşkar edəndə federasiya ilə danışıqlar aparılır.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib
Onun sözlərinə görə, həmin idmançı qeydiyyata alınır, məkan məlumatları toplanılır:
“Şübhələndiyimiz idmançı dopinq test qrupuna daxil edilir və il ərzində 3 dəfə ondan test götürülür”, – deyə Ş.Hüseynli vurğulayıb.