Rusiyanın “Sibir” (Novosibirsk) klubunun kapitanı Sergey Narılkov məşq zamanı yaranan münaqişədən sonra komanda yoldaşı Konstantin Popovu vəhşicəsinə döyüb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, mübahisə nəticəsində 37 yaşlı Narılkov 22 yaşlı Popovun çənəsini sındırıb. Gənc futbolçu mürəkkəb əməliyyat olunub.
“Sibir” İkinci Liqa-A qrupunun “Qızıl” turnir cədvəlində 10 komanda arasında 9-cu yeri tutur.