Türkiyənin “Merinos” klubunun voleybolçusu Betül Çoban Çakır zəlzələ nəticəsində həyatını itirib.
AzerTimes xəbər verir ki, Betül Çoban Çakırla birlikdə onun voleybolçu həyat yoldaşı Bədrəddin Çakır da həlak olub.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı gücündə zəlzələ olub. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 3381 nəfər həyatını itirib, 20426 nəfər isə yaralanıb.