Türkiyə millisinin və “Fənərbağça”nın sabiq basketbolçusu Asim Pars 48 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, o, bu gün Bosniya və Herseqovinadakı evində ölü tapılıb.
Bosniya əsilli sabiq oyunçu Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Efes Pilsen”, “Pınar Karşıyaka” və “Türk Telekom” kimi klubların şərəfini qoruyub.
A.Pars 2001-ci ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində gümüş medal qazanıb.