Türkiyənin ATV kanalında yayımlanan “Quruluş Osman” serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.
Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə “Şərqdəki Şuşa da bizimdir” deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.
Qeyd edək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.