Məşhur türk müğənni Azərbaycan trendinə qoşuldu – Video

Məşhur türk müğənni Azərbaycan trendinə qoşuldu – Video

Türkiyəli məşhur müğənni Soner Sarıkabadayı sosial media hesablarında maraqlı paylaşımı ilə diqqət çəkib.

AzerTimes xəbər verir ki, o, yeni klipindən bir hissəni son zamanlar sosial şəbəkələrdə məşhurlaşan “Bir dənə çay verərsən?” səs yazısı ilə paylaşaraq izləyicilərini təəccübləndirib.

Qeyd edək ki, “Bir dənə çay verərsən?” ifadəsi cənub bölgəmizə aid zarafatlardan biri kimi sosial mediada sürətlə populyarlaşaraq qlobal trendlərdən birinə çevrilib. Bir çox tanınmış sima və sosial media istifadəçisi bu ifadəni müxtəlif formatlarda paylaşaraq trendə qoşulub.

Soner Sarıkabadayının bu paylaşımı da izləyiciləri tərəfindən maraqla qarşılanıb və qısa müddətdə geniş yayılıb.

Teqlər: