Türkiyənin məşhur aktyoru Peker Açıqalının beyninə qan sızıb.
AzerTimes xəbər verir ki, 61 yaşlı aktyor qansızma nəticəsində nitq qabiliyyətini itirib. Onun bir sıra əməliyyatlar keçirəcəyi bildirilib.
Qeyd edək ki, Peker Açıqalın Türkiyə televiziya tarixinin əfsanə layihələrindən olan “Avropa tərəfi” filmində canlandırdığı Qafur obrazı ilə tanınıb. Aktyor “Gülcamal”, “Vəzir barmağı”, “Yaxşı cazibə”, “Türklər dəli olub”, “Hababam sinfi əsgərlikdə” kimi uğurlu layihələrdə rol alıb.